Bu platforma mərhumların xatirəsini yaşatmaq və ailələrə lazımi xidmətləri daha rahat tapmaq üçün yaradılmışdır. Sayt vasitəsilə mərhum üçün xüsusi səhifə yaratmaq, həmin səhifəni QR kod ilə qəbir daşı üzərinə yönləndirmək, mərasim evlərini axtarmaq, qəbir daşı sexlərini tapmaq və digər əlaqəli xidmətlər haqqında məlumat almaq mümkündür. Məqsədimiz həm mənəvi dəyəri qorumaq, həm də insanların çətin vaxtında axtarış və seçim prosesini sadələşdirməkdir.